تورکييه ده دينچيلرين غلبه سي و بيزيم ميللي داواميز
Türkiyədə dinçilərin qələbəsi və bizim milli davamız
--------------------------------------------------------------------------------
گونتای جاوانشیر (گنجآلپ)
--------------------------------------------------------------------------------
تورکييه ده 2002- جي ايلده ايقتيدارا گلن اينديکي هؤکومت (AKP) مئيدانلاردا آنتي ايمپئرياليست شعارلارلا، تورکييه دن آمئريکانين بوتون حربي قرارگاهلارينا قاپاداجاقلاريني مئيدانلاردا سؤيليه رک، ائييتيلمه ميش، دئموکراسي نين نه اولدوغونو هله آنلامايان دينجي خالقدان اوي آلدي. بللي اولدو کي، تورکييه ده سئکولاريزمين دوشمني خالق اؤزو ايميش. چونکو هر دفعه لاييکليک دوشمني اولان پارتييالاري خالق ايقتيدارا گتيرير و اوردو قارشيسيني آلير. يعني دئموکراسي نين قورويوجوسو اوردو اولاراق گؤرونور کي، الينده سيلاح وار و ايرتيجاعنين قوروجوسو ايسه ديني ايرتيجاعدير کي، آرخالاريندا خالق دستگي وار. تورکييه ده کي قارشيدورماني بو شکيلده آنلاماق لازيمدير. اوردو منسوبلاري اوخوموش، ديپلوماسيني ياخشي بيلن، بير نئچه خاريجي ديل بيلن اينسانلارکن، عموم خالق هله ده دين تاريخي نين ائتکيسيندن چيخا بيلمه يَن کوتله دير. او اوزدن ده ايرتيجاعنين کؤکلري خالقين تاريخينده، داورانيشيندا ساخليدير. دئموکراسي نين دوشمني ائييتيلمه ميش خالقدير.
آنتييمپئرياليست دويغولارلا ايقتيدارا گلن اينديکي پارتييا 2003- جو ايلده کي فورصتي قاچيردي و تورک اوردوسونون عراقا گيرمه سينه مانع اولدو. داها صونرا ترکیه نین باشباخانی "کئشکه بیز ده عراقا گیرسه ایدیک"- دئیه جکدی.
کئچن 5 ايل موددتينده تورکييه نين ايقتيصاديياتيندا ايره ليله مه نين اولدوغو بير گئرچکدير. لاکين اوزمانلار تورکييه نين ايقتيصادي اينکيشافيني دونيا چاپينداکي موثبت گليشمه لره باغلاييرلار. دونياداکي سون تئکنولوژيک گليشمه لر و تورکييه نين بونا اينتئقراسيونو موثبت ائکونوميک گليشمه لره ندن اولموشدور. آنجاق عوموم کوتله بونو اينديکي ايقتيدارين حسابينا يازير.
آمئريکا ايله اينديکي ايقتيدارين موناسيبتلري يوکسک دوزئيده دير. آمئريکا اينديکي ايقتيدارلا چاليشماغي ترجيح ائدير و حتّی رسمي آچيقلامالاريندا دا بونا دئيينميشلر. آمئريکانين اينديکي پارتيياني قارشيدان گلن سئچيمده تکرار تکباشينا ايقتيدارا گتيرمک اوچون ان اويغون واريانتي قوزئي عراق اولاراق گؤرور. يعني قارشيميزداکي گونلرده تورکييه اوردوسونون قوزئي عراقا اوپئراسيون گئرچکلشديرمه سي بکله نيلير. آمئريکانين خاريجي ايشلر ناظيري نين بو اوپئراسيونا يالنيز بير دفعه اولماق صورتيله ياشيل ايشيق ياخديغي سؤيله نيلير. اصلینده ايسه تورکييه نين کورد مسئله سي بير دفعه ياپيلاجاق اولان اوپئراسيونلا چؤزوله جک سورون دئييلدير. قوزئي عيراقدا دؤولتلشمه سورجينه گيرميش اولان کوردلره تورکييه نين يانليش سيياستلري ده يارديمچي اولموشدور.
او زامان ندن آمئريکا تورک اوردوسونون قوزئي عراغا اوپئراسيونو اوچون بو شکيلده زامانلاما عيارلاميشدير؟
بيلينديگي کيمي، قارشيدان سئچيملر گلير. آمئريکانين ستراتئژي آراشديرمالار مرکزي AKP -نين تکرار تکباشينا ايقتيدارا گله جگيني سؤيله ييرلر. بو، سادجه بير سؤيلم دئييلدير، هم ده آمئريکانين آرزوسودور. او زامان AKP -نين تکباشينا ايقتيدارا گلمه سي اوچون يارديم ائتمه لري لازيم. ان اويغون يارديم ايسه قوزئي عيراق فاکتورودور. سئچکيلره ياخين بير زاماندا قوزئي عيراقا بير نئچه گونلوگونه اوپئراسيون ياپيليرسا، AKP ازيجي بير چوغونلوقلا يئنه ده تکباشينا ايقتيدارا گله بيلر. ايقتيدارين دا ايمکانلاريني الينده بولوندوران اينديکي حؤکومت بو اوپئراسيوندان ايچ سيياستده گرکن دوزئيده فايدالاناجاقدير.اولایلارین پرده آرخاسیندان خبرسیز اولان خالق ايسه گؤزونون اؤنونده جريان ائدن AKP "قهرمانليغينا" دستک و آلقيشلاريني صانديقلاردا اويلاري ايله وئره جکدير.
AKP آناياسا دَييشيميني گئرچکلشديريب و " جومهورباشقانيني خالق سئچسين" ياساسيني حياتا کئچيررسه نه اولور؟ اوزون وعده ده تورکييه لاييک ستروکتورونو ايتيرر. ندن؟ چونکو پرئزيدئنتي مجليس سئچرکن، هئچ اولمازسا بو مجليسده کي لرين اينتئلئکتلري وار، بير چوخو يابانجي اؤلکه لرده سفير- فيلان اولموشدور. آنجاق خالق سئچديگي زامان ائله حؤکومتي سئچديگي کيمي سئچر. خالقين سئچيم معياري بودور: "موقدس دينيميزين رمزي اولان توربان(باش اؤرتوسو) کؤشکه ده چيخسايدي، ايسلام ظفر چالاردي." البتته کي، بو ذهنييت تورکييه ني قارانليقلارا سوروکلر. اونوتماماق لازيمدير کي، تورکييه نين عثمانلي قارانليغيندان قورتولوشو خالقين ايراده سي اولماميشدير، بير کاريزماتيک ليدئرين ايراده سي ايله اولموشدور. باش اؤرتوسو کؤشکه چیخارسا نه اولور. ترکیه نین ایقتیصادییاتی بؤیوک ضرره اوغرار. ندن؟ چونکو ترکیه نین اؤنَملی گلیر قایناقلاریندان بیری توریزمدیر. باش اؤرتوسو هر طرفی ساردیقدان صونرا آوروپالیلارین توریست اولاراق ترکیه نی ترجیح ائتمه یه جکلری بللی. چونکو باش اؤرتوسو اورادا مسلمان اولمایانلارا قارشی شیددتی سرگیله ین رمز کیمی گؤرونه جکدیر و گئرچک اولان دا بودور. اؤز وطنداشینا باشینی آچماغا ایذن وئرمه یَن مسلمان اؤلکه اری یابانجی قادینلارین دا اؤزگورلوکلرینی سینیرلاییرلار. ترکیه نین توریزمدن قایناقلانان گلیری اونون مدرن دؤولت ویترینینین گؤرونوشونه گؤره دیر و لاییک اولدوغو اوزوندندیر.
تورباني کؤشکه ده چيخاريب و مودئرن تورکييه نين دؤولت ويترينيني پوزان سيستئمه اوردو دا چتين قارشي چيخا بيلر. چونکو اوردو اينديکي شکلي ايله مجليسين و حؤکومتين ايراده سينه قارشي چيخير، آنجاق او زامان تام اکثرييتي اولوشدوران خالقين ايراده سينه قارشي چيخماق زوروندا قالاجاقدير. کؤشکه ديرماشان توربان زامان ايچينده اونيوئرسيته لره ده داشيناجاقدير. چونکو رئکتورلاري دا پرئزيدئنت تعيين ائدير. توربانلي قادين رئکتورلارين تعييناتي سورعتلنه جکدير و بو شکيلده تورکييه عربيستان کيمي بير گؤرونومه قوووشاجاق و يا عثمانلي ايرتيجاعسي خورتلاياجاقدير.
بؤيله بير ذهنييت تورکييه ني اله کئچيريرسه، بيزه نئجه تاثير گؤستره بيلر؟ دينچيلر ايرانداکي ميللي موباريزه ني کسينليکله قبول ائتميرلر. هر نؤوع ميللي موباريزه ني آمئريکانين ايسلام اؤلکه لريني پارچالاماق اوچون چيرکين ايمپئرياليست پلاني اولاراق گؤرورلر. دؤولتين بوتون قاتمانلارينا يئرلشه جک اولان بو ذهنييت گونئي آذربايجانداکي ميللي موباريزه ني بوغماق اوچون فارسلارلا بير جبهه ده يئر آلا بيلر. ذاتن بو گون ده بو بليرتيلر گؤز اؤنونده دير. تورکييه کئچميشده کي يانليش سيياستيني اونارماق اوچون تئرورلا موباريزه ده تئرور دؤولتي اولان ايراني اؤزونه موتتفيق اولاراق گؤرمکده، PKK-يا قارشي بيرليکده حرکت ائتمکده ديرلر. آنجاق ان صونوندا ترکیه نین ایران طرفیندن آرخادان وورولاجاغینی ده دوشونمک لازیم.
بيزيم ايسته یيميز بو اولا بيلر کي، آتاتورک ايلکه و اينقيلابلاري نين قورويوجولاري بو قورخونج گئديشي اؤنله يه بيلسينلر.
2007/05/27
Güntay Cavanşir
Türkiyədə dinçilərin qələbəsi və bizim milli davamız
Türkiyədə 2002-ci ildə iqtidara gələn indiki hökumət (AKP) meydanlarda antiimperialist şüarlarla, Türkiyədən Amerikanın bütün hərbi qərargahlarına qapadacaqlarını meydanlarda söyləyərək, eyitilməmiş, demokrasinin nə olduğunu hələ anlamayan dinci xalqdan oy aldı. Bəlli oldu ki, Türkiyədə sekularizmin düşməni xalq özü imiş. Çünkü hər dəfə layiklik düşməni olan partiyaları xalq iqtidara gətirir və ordu qarşısını alır. Yəni demokrasinin qoruyucusu ordu olaraq görünür ki, əlində silah var və irticanın qorucusu isə dini irticadır ki, arxalarında xalq dəstəyi var. Türkiyədəki qarşıdurmanı bu şəkildə anlamaq lazımdır. Ordu mənsubları oxumuş, diplomasini yaxşı bilən, bir neçə xarici dil bilən insanlarkən, ümumxalq hələ də din tarixinin etkisindən çıxa bilməyən kütlədir. O üzdən də irticanın kökləri xalqın tarixində, davranışında saxlıdır. Demokrasinin düşməni eyitilməmiş xalqdır.
Antiimperialist duyğularla iqtidara gələn indiki partiya 2003-cü ildəki fürsəti qaçırdı və Türk ordusunun İraqa girməsinə mane oldu. Daha sonra Türkiyənin başnakanı “Keşkə biz də İrağa gursəydik”- deyəcəkdi.
Keçən 5 il müddətində Türkiyənin iqtisadiyatında irəliləmənin olduğu bir gerçəkdir. Lakin uzmanlar Türkiyənin iqtisadi inkişafını dünya çapındakı müsbət gəlişmələrə bağlayırlar. Dünyadakı son teknolojik gəlişmələr və Türkiyənin buna inteqrasionu müsbət ekonomik gəlişmələrə nədən olmuşdur. Ancaq ümum kütlə bunu indiki iqtidarın hesabına yazır.
Amerika ilə indiki iqtidarın münasibətləri yüksək düzeydədir. Amerika indiki iqtidarla çalışmağı tərcih edir və hətta rəsmi açıqlamalarında da buna deyinmişlər. Amerikanın indiki partiyanı qarşıdan gələn seçimdə təkrar təkbaşına iqtidara gətirmək üçün ən uyğun variantı Quzey İraq olaraq görür. Yəni qarşımızdakı günlərdə Türkiyə Ordusunun Quzey İrağa operasion gerçəkləşdirməsi bəklənilir. Amerikanın xarici işlər nazirinin bu operasiona yalnız bir dəfə olmaq surətilə yaşıl işıq yaxdığı söylənilir. Əslində isə Türkiyənin kürd məsələsi bir dəfə yapılacaq olan operasionla çözüləcək sorun deyildir. Quzey İraqda dövlətləşmə sürəcinə girmiş olan kürdlərə Türkiyənin yanlış siyasətləri də yardımçı olmuşdur.
O zaman nədən Amerika Türk Ordusunun Quzey İrağa operasionu üçün bu şəkildə zamanlama ayarlamışdır?
Bilindiyi kimi, qarşıdan seçimlər gəlir. Amerikanın strateji Araşdırmalar Mərkəzi AKP-nin təkrar təkbaşına iqtidara gələcəyini söyləyirlər. Bu, sadəcə bir söyləm deyildir, həm də Amerikanın arzusudur. O zaman AKP-nin təkbaşına iqtidara gəlməsi üçün yardım etmələri lazım. Ən uyğun yardım isə Quzey İraq faktorudur. Seçkilərə yaxın bir zamanda Quzey İrağa bir neçə günlüyünə operasion yapılırsa, AKP əzici bir çoğunluqla yenə də təkbaşına iqtidara gələ bilər. İqtidarın da imkanlarını əlində bulunduran indiki hökümət bu operasiondan iç siyasətdə gərəkən düzeydə faydalanacaqdır. Olayların pərdə arxasından xəbərsiz olan xalq isə gözünün önündə cərəyan edən AKP “qəhrəmanlığına” dəstək və alqışlarını sandıqlarda oyları ilə verəcəkdir.
AKP anayasa dəyişimini gerçəkləşdirib və “Cümhurbaşqanını xalq seçsin” yasasını həyata keçirərsə nə olur? Uzun vədədə Türkiyə layik strukturunu itirər. Nədən? Çünkü prezidenti məclis seçərkən, heç olmazsa bu məclisdəkilərin intelektləri var, bir çoxu yabancı ölkələrdə səfir-filan olmuşdur. Ancaq xalq seçdiyi zaman elə hökuməti seçdiyi kimi seçər. Xalqın seçim meyarı budur: “Müqəddəs dinimizin rəmzi olan türban köşkə də çixsaydı, islam zəfər çalardı.” Əlbəttə ki, bu zehniyət Türkiyəni qaranlıqlara sürüklər. Unutmamaq lazımdır ki, Türkiyənin Osmanlı qaranlığından qurtuluşu xalqın iradəsi olmamışdır, bir karizmatik liderin iradəsi ilə olmuşdur. Baş örtüsü köşkə çıxarsa nə olur? Türkiyənin iqtisadiyatı böyük zərərə uğrar. Nədən? Çünkü Türkiyənin önəmli gəlir qaynaqlarından biri Turizmdir. Baş örtüsü hər tərəfi sardıqdan sonra avropalıların turist olaraq Türkiyəni tərcih etməyəcəkləri bəlli. Çünkü baş örtüsü orada müsəlman olmayanlara qarşı şiddəti sərgiləyən bir rəmz kimi görünəcəkdir və gerçək olan da budur. Öz vətəndaşına başını açmağa izn verməyən müsəlman ölkələri yabancı qadınların da özgürlüklərini sınırlayırlar. Türkiyənin turizmdən qaynaqlanan gəliri onun modern dövlət vitrininin görünüşünə görədir və layik olduğu üzündəndir.
Türbanı köşkə də çıxarıb və modern Türkiyənin dövlət vitrinini pozan sistemə ordu da çətin qarşı çıxa bilər. Çünkü ordu indiki şəkli ilə məclisin və hökumətin iradəsinə qarşı çıxır, ancaq o zaman tam əksəriyəti oluşduran xalqın iradəsinə qarşı çıxmaq zorunda qalacaqdır. Köşkə dırmaşan türban zaman içində universitələrə də daşınacaqdır. Çünkü rektorları da prezident təyin edir. Türbanlı qadın rektorların təyinatı sürətlənəcəkdir və bu şəkildə Türkiyə Ərəbistan kimi bir görünümə qovuşacaq və ya Osmanlı irticası xortlayacaqdır.
Böylə bir zehniyət Türkiyəni ələ keçirirsə, bizə necə təsir göstərə bilər? Dinçilər İrandakı milli mübarizəni kəsinliklə qəbul etmirlər. Hər növ milli mübarizəni Amerikanın İslam ölkələrini parçalamaq üçün çirkin imperialist planı olaraq görürlər. Dövlətin bütün qatmanlarına yerləşəcək olan bu zehniyət Güney Azərbaycandakı milli mübarizəni boğmaq üçün farslarla bir cəbhədə yer ala bilər. Zatən bu gün də bu bəlirtilər göz önündədir. Türkiyə keçmişdəki yanlış siyasətini onarmaq üçün terrorla mübarizədə Terror dövləti olan İranı özünə müttəfiq olaraq görməkdə, PKK-ya qarşı birlikdə hərəkət etməkdədirlər.
Bizim istəyimiz bu ola bilər ki, Atatürk ilkə və inqilablarının qoruyucuları bu qorxunc gedişi önləyə bilsinlər.
2007/05/27
Labels: گونتای گنج آلپ -جاوانشیر
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home